Azərbaycan.media xəbər verir ki, Nazirlər Kabineti fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsi ilə bağlı qaydalarda dəyişiklik edib.
Baş nazir Əli Əsədov bununla bağlı yeni qərar imzalayıb.
Qərara əsasən, Vergi Məcəlləsinin 188.1.1-ci maddəsi ilə müəyyən edilən aksiz vergisindən azadolmalar nəzərə alınmaqla, hər təqvim ili ərzində fiziki şəxs yalnız 1 ədəd mobil cihazı güzəştli qaydada (ödənişsiz) gömrük sərhədindən keçirə biləcək.
Yeni qaydalar bu il 1 yanvar tarixindən tətbiq edilir.
