🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Hipertoniyanın riskini artıran 8 qida – həkim tövsiyəsi

Azərbaycan.media xəbər verir ki, yüksək qan təzyiqi zamanı bəzi məhsulların qəbulundan çəkinmək vacibdir. Lent.az-ın xarici mediaya istinadla verdiyi məlumatda bildirilir ki, bu məhsullar əlavə maddələrlə həddindən artıq zənginləşdirilib və hipertoniyanı təhrik edə bilər.

Hipertoniyadan qorunmaq üçün diqqət edilməli olan məhsullar:

  1. Dondurulmuş hazır yeməklər – pizza, yarımfabrikatlar və burritoların natrium səviyyəsi yüksəkdir. Gündəlik natrium qəbulu 2300 milliqramdan çox olmamalıdır.

  2. Qurudulmuş ət məhsulları – nitritlərlə zəngin olan bu məhsullar qan təzyiqini yüksəldə və ürək xəstəlikləri riskini artıra bilər.

  3. Şirinləşdirilmiş içkilər – qazlı və enerji içkiləri yüksək şəkər tərkiblidir və iltihab, yüksək qan təzyiqi riskini artırır. Meta-analizə görə, bu içkiləri çox qəbul edənlərdə hipertoniyanın inkişaf riski 12% daha yüksəkdir.

  4. Paketlənmiş qəlyanaltılar – çips, kraker və şirniyyatlar çoxlu duz, doymuş və trans yağ ehtiva edir, arterial təzyiqi yüksəldə bilər.

  5. Fast-fud – natrium, doymuş və trans yağlar və əlavə şəkər tərkibi yüksəkdir, bu da hipertoniyanın yaranma riskini artırır.

  6. Qızardılmış yeməklər – qızardılmış toyuq, kartof fri və s. qanda lipid profilini dəyişdirərək qan təzyiqini yüksəldə bilər. Araşdırmalar göstərir ki, qızardılmış yeməkləri tez-tez qəbul edənlərdə hipertoniya riski artır.

  7. Alkoqol – gündə 3 və daha çox spirtli içki qəbul etmək qan təzyiqini yüksəldir və gələcəkdə ürək xəstəlikləri riskini artırır.

  8. Konservləşdirilmiş qidalar – yüksək natrium tərkibinə görə qan təzyiqini yüksəldə bilər. İstifadədən əvvəl konservləri yumaq natrium miqdarını bir qədər azalda bilər.

Mütəxəssislər tövsiyə edir ki, yüksək qan təzyiqindən qorunmaq üçün bu məhsulların qəbulu məhdudlaşdırılsın və əlavə şəkəri, natriumu və zərərli yağları az olan təbii qidalara üstünlük verilsin.