Azərbaycan.media xəbər verir ki, Kremlin tanınmış təbliğatçısı Vladimir Solovyov ABŞ milyarderi İlon Maska məxsus peyklərlə bağlı qalmaqallı açıqlama verib.
Solovyov bu fikirləri “Vladimir Solovyovla axşam” adlı siyasi tok-şouda səsləndirib. O iddia edib ki, Rusiyanın “Starlink” texnologiyasından düzgün istifadə etməsinə imkan verilməyəcək və buna görə də Maskın peykləri məhv edilməlidir.
“Biz kosmosda nüvə bombası partlatmalı və Maskın peyklərini sıradan çıxarmalıyıq”, – deyə Solovyov bildirib.
O, bu addımın Rusiyanın öz peyklərinə də zərər verəcəyini etiraf etsə də, bunu ciddi itki hesab etmədiyini vurğulayıb: “Bütün peyklərimizi də itirəcəyimiz aydındır, amma biz onsuz da çox geridə qalırıq. Bu, bizim üçün böyük itki deyil, lazım olsa göyərçin poçtlarından istifadə edərik”.
Solovyovun bu açıqlaması sosial şəbəkələrdə və beynəlxalq mediada ciddi rezonans doğurub.
