Azərbaycan.media xəbər verir ki, Günəşdə “X” sinifinə aid yeni güclü alışma baş verib.
Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (RAN KTI) Günəş astronomiyası laboratoriyası məlumat yayıb.
Bildirilib ki, partlayış X8.11 gücündə olub. Qeyd olunur ki, bundan əvvəl bir sutka ərzində Günəşdə 17 güclü alışma qeydə alınmışdı. Mütəxəssislər hesab edirlər ki, Günəşin enerji toplama rejiminə keçməsi ilə X sinifli alışmalar daha aktiv şəkildə baş verəcək.
Xatırladaq ki, Günəş alışmaları rentgen şüalanmasının gücünə görə beş sinfə bölünür: A, B, C, M və X. Ən aşağı sinif olan A0.0 Yer orbitində kvadrat metrə görə 10 nanovat şüalanma gücünə uyğun gəlir. Hər növbəti sinifə keçdikcə güc 10 dəfə artır.
Oxundu: 15
