🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

ABŞ İranın mümkün cavab zərbəsinə qarşı hava hücumundan müdafiəni gücləndirir

Azərbaycan.media xəbər verir ki, ABŞ İranın mümkün cavab zərbələrinə qarşı bölgədə hava hücumundan müdafiə sistemlərini gücləndirmək istiqamətində addımlar atır.

Bu barədə “Vol Strit Jurnal” nəşri yazıb. Bildirilib ki, ABŞ Prezidenti Donald Trampın İrana qarşı qətiyyətli zərbə əmri verməsi Tehranın mütənasib cavab reaksiyasına səbəb ola bilər.

Nəşr qeyd edir ki, belə bir ssenari İsrailin, ABŞ-ın regional müttəfiqlərinin, eləcə də bölgədə yerləşdirilmiş Amerika hərbi qüvvələrinin təhlükəsizliyinin təmin olunması üçün əlavə hava hücumundan müdafiə imkanlarını zəruri edir.

Məlumata əsasən, Pentaqon ABŞ qoşunlarının yerləşdirildiyi bazalara əlavə olaraq THAAD raketdən müdafiə sistemləri, həmçinin bir neçə “Patriot” hava hücumundan müdafiə sisteminin yerləşdirilməsi üzərində işləyir. Bu addımın bölgədə mümkün eskalasiyaya qarşı qabaqlayıcı tədbir kimi qiymətləndirildiyi vurğulanır.