🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

ABŞ prezidenti ilə bağlı səslənən xəstəlik iddialarına həkimlərdən etiraz

Azərbaycan.media xəbər verir ki, amerikalı fizioterapevt Adam Ceyms ABŞ prezidentinin mütərəqqi frontotemporal demensiya, ürək çatışmazlığı və ehtimal olunan xroniki böyrək xəstəliyindən əziyyət çəkdiyini iddia edib.

Ceyms bu qənaətə ABŞ prezidentinin video çıxışlarını əsas götürərək gəlib və onun “günlərinin sayılı olduğunu” düşünür.

Lakin amerikalı fizioterapevtin bu iddiaları tibb ictimaiyyətində birmənalı qarşılanmayıb. Bir sıra mütəxəssislər qeyd ediblər ki, demensiya diaqnozu qoymaq üçün mütləq şəkildə kompleks psixoloji və nevroloji testlər aparılmalıdır. Onların sözlərinə görə, bu prosesdə ən azı iki mütəxəssis — nevroloq və psixiatr iştirak etməli, xəstəliyin olub-olmaması və gedişatı müəyyən aralıqlarla qiymətləndirilməlidir.

Həkimlər, həmçinin vurğulayıblar ki, ABŞ prezidenti hazırda mətnə baxmadan çıxış edə bilir və fikirlərini aydın şəkildə ifadə edir. Potensial ürək və böyrək problemləri ilə bağlı səslənən fikirlər isə mütəxəssislər tərəfindən yaşlanmanın qaçılmaz əlamətləri kimi dəyərləndirilib.