Azərbaycan.media xəbər verir ki, Rusiya ordusunun Ukraynanın Dnepropetrovsk bölgəsində enerji sektorunda çalışan işçilərə qarşı həyata keçirdiyi hədəflənmiş hava hücumu nəticəsində xəsarət alanların sayı 16 nəfərə yüksəlib.
Bu barədə vilayətin hərbi administrasiyasının rəhbəri Aleksandr Qanja məlumat verib. Onun sözlərinə görə, yaralılardan 14 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 7-nin vəziyyəti ağır qiymətləndirilir.
Məlumata görə, hücum Rusiya dronları tərəfindən Pavloqrad rayonunda, Ternovska mədəni yaxınlığında enerji şirkətinə məxsus xidməti avtobusa endirilib. Hadisə nəticəsində 15 mədən işçisi həlak olub.
Faktla bağlı araşdırma aparılır, bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.
