Azərbaycan.media xəbər verir ki, 28 yanvar 2026-cı il tarixində qardaş Özbəkistanın paytaxtı Daşkənddə “Yeni Özbəkistan Ulduzları” mükafatının təntənəli təltifolunma mərasimi keçirilib.
Tədbirə Özbəkistan dövləti tərəfindən fəxri qonaq kimi dəvət olunan Azərbaycan nümayəndəsi Gülyanaq Məmmədova mərasimdə iştirak edib. Mərasim Özbəkistan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunmuşdur. Gülyanaq xanım Özbəkistan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən iki ölkənin mədəniyyətinin inkişafında göstərdiyi xidmətə görə “Mədəniyyət və Sənət fədakarı” medalı ilə təltif olunmuşdur.
Biz Azərbaycan.media saytının kollektivi adından dəyərli sənətkarımızı ürəkdən təbrik edirik!!!




Mənbə: Azərbaycan.media
