🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Lənkəranda BƏƏ vətəndaşı müəmmalı şəkildə ölüb

Azərbaycan.media xəbər verir ki, Lənkəran şəhərində Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı olan şəxs ölüb.

Hadisə şəhər ərazisində qeydə alınıb. Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhər sakini, 1988-ci il təvəllüdlü Mustafa Alı Muhammad Nasser Lənkəranda yaşadığı ünvanda ölü vəziyyətdə tapılıb.

Onun meyiti daxili və xarici müayinələrin aparılması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

İlkin məlumata əsasən, mərhumun yuxusuzluqdan əziyyət çəkdiyi və bu səbəbdən dərman qəbul etdiyi bildirilir. Ölümün dəqiq səbəbi ekspertiza rəyindən sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.