🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Fevralın 2-də avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq – XƏBƏRDARLIQ

Azərbaycan.media xəbər verir ki, fevralın 2-də Azərbaycanın avtomobil yollarında hava şəraiti ilə bağlı bəzi çətinliklər gözlənilir.

Milli Hidrometeorologiya Xidmətinə istinadən verdiyi məlumata görə, əsasən dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti müşahidə olunacaq. Bununla əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500–1000 metrədək məhdudlaşacağı proqnozlaşdırılır.

Sürücülərə diqqətli olmaları və yol hərəkəti qaydalarına ciddi əməl etmələri tövsiyə olunur.