🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Antalyada dəhşətli qəza: 6 nəfər ölüb, 6 nəfər yaralanıb

Azərbaycan.media xəbər verir ki, Türkiyənin Antalya vilayətində daha bir ağır yol-nəqliyyat hadisəsi baş verib.

Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, qəza yerli vaxtla saat 11:00-da Antalya–İsparta avtomobil yolunda qeydə alınıb. İki minik avtomobilinin toqquşması nəticəsində 6 nəfər həlak olub, daha 6 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılara hadisə yerində ilkin tibbi yardım göstərilib, daha sonra onlar təcili tibbi yardım avtomobilləri ilə xəstəxanalara çatdırılıblar.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.