🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bəstəkar Azər Hacıəsgərli “Qızıl Pəri–2025” mükafatına layiq görüldü

Azərbaycan.media xəbər verir ki, 28 dekabr 2025-ci il tarixində “Xəzər” Universitetinin “Fikrət Əmirov Konfrans-Konsert Mərkəzi”ndə Azərbaycan Kino Akademiyasının “Qızıl Pəri” – 2025 kino və TV üzrə peşə mükafatlarının təqdimetmə mərasimi keçirilib.
Mərasimdə ilin ən uğurlu kino və televiziya layihələri, eləcə də bu sahədə fərqlənən peşəkarlar təltif olunub. Mükafatın builki qalibləri sırasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) SABAH qrupları teatr rejissorluğu ixtisası üzrə müəllimi Azər Hacıəsgərli də yer alıb.
Azər Hacıəsgərli “Məryəm” filmi ilə “Ən yaxşı orijinal musiqi” nominasiyasında “Qızıl Pəri–2025” mükafatına layiq görülüb. Bu uğur müəllimin kino sahəsində yaradıcılıq fəaliyyətinin yüksək qiymətləndirilməsi kimi dəyərləndirilir.

 

 

Azərbaycan.media