Azərbaycan.media xəbər verir ki, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, gecə və səhər saatlarında bəzi yerlərdə duman müşahidə olunacaq. Şimal-şərq küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək.
Havanın temperaturu gecə 3–6, gündüz 8–11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70–80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Günün ikinci yarısında bəzi ərazilərdə qısamüddətli yağıntı, dağlıq rayonlarda isə qar yağacağı ehtimal olunur. Ayrı-ayrı yerlərdə arabir duman olacaq, qərb küləyi bəzi bölgələrdə güclənəcək.
Rayonlarda havanın temperaturu gecə 2–7, gündüz 13–18 dərəcə isti, dağlıq ərazilərdə gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz isə 10–15 dərəcə isti olacaq.
