🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Həkimlər beyin sağlamlığına zərər vuran içkiləri açıqlayıb

Azərbaycan.media xəbər verir ki, həkimlər beyin sağlamlığının qorunması üçün bəzi içkilərdən uzaq durmağı tövsiyə ediblər.

Məlumata görə, amerikalı nevroloq Ostin Perlmutter şəkər əlavə edilmiş içkilərin menyudan çıxarılmasının vacibliyini bildirib. Onun sözlərinə görə, bu cür içkilərin tez-tez istehlakı Alzheymer xəstəliyinin yaranma riskinin artması ilə əlaqələndirilir.

Mütəxəssis qeyd edib ki, şəkərli içkilər yüksək qida dəyərinə malik deyil, əksinə, metabolik pozğunluqlara və xroniki iltihabın güclənməsinə səbəb ola bilər. Bu proseslər isə neyronlara mənfi təsir göstərir.

Perlmutter şirin içkilərdən imtinanın çətin ola biləcəyini, lakin dad vərdişlərinin zamanla dəyişdiyini də vurğulayıb.

Eyni zamanda, nevroloq qeyd edib ki, heç bir qida məhsulu Alzheymer xəstəliyinin yeganə səbəbi hesab edilə bilməz. Xəstəliyin inkişaf riski genetik amillər, həyat tərzi, qidalanma rejimi və ümumi sağlamlıq vəziyyətinin birgə təsiri nəticəsində formalaşır.