Azərbaycan.media xəbər verir ki, Sakit okeanın cənub-qərb hissəsində, Tonqa Krallığı sahillərində 5,8 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Avropa–Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar təxminən 22 min 400 nəfərin yaşadığı paytaxt Nukualofadan 112 kilometr şimal-şərqdə, yerli vaxtla saat 20:59-da (Bakı vaxtı ilə 00:59) baş verib. Zəlzələnin ocağı 12 kilometr dərinlikdə yerləşib.
Dağıntılar və ya tələfat barədə hələlik məlumat verilməyib.
Oxundu: 14
