Azərbaycan.media xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi müharibənin 1436-cı günü üçün Ukrayna ordusunun itkiləri ilə bağlı məlumatı yeniləyib. Bu barədə Nazirliyin rəsmi nümayəndəsi İqor Konaşenkov açıqlama verib.
Onun sözlərinə görə, “xüsusi hərbi əməliyyat”ın başlandığı gündən bu günədək Ukrayna Silahlı Qüvvələrinə məxsus:
670 təyyarə,
283 helikopter,
111 517 pilotsuz uçuş aparatı (PUA),
646 zenit-raket kompleksi,
27 379 tank və digər zirehli döyüş texnikası,
1 653 reaktiv yaylım atəş sistemi,
32 928 artilleriya qurğusu və minaatan,
53 121 xüsusi hərbi avtomobil texnikası məhv edilib.
Rusiya Müdafiə Nazirliyi qeyd olunan rəqəmlərin döyüş əməliyyatları nəticəsində qeydə alındığını bildirib.
