🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Astara və Tərtərdə sel və daşqın təhlükəsinə qarşı iri infrastruktur layihələrinə start verilir

Azərbaycan.media xəbər verir ki, Azərbaycan Respublikasında çay sularının daşması nəticəsində yaranan təhlükələrin qarşısının alınması və infrastrukturun qorunması məqsədilə növbəti iri layihələrə start verilir.
“Modern.az”-ın məlumatına görə, “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” Publik Hüquqi Şəxsi Astara və Tərtər rayonlarında sel və daşqın sularından mühafizə tədbirlərinin həyata keçirilməsi üçün iki böyük tender elan edib.
Astara rayonu üzrə layihə:
Pensərçayın daşması ehtimalına qarşı Siyəkü, Pensər və Şiyəkəran kəndlərində yaşayış evlərinin, həyətyanı sahələrin və təsərrüfat obyektlərinin mühafizəsi nəzərdə tutulur. Bu istiqamət üzrə layihəyə 3.046.185,34 AZN vəsait ayrılıb.
Tərtər rayonu üzrə layihə:
Tərtərçay ətrafında aparılacaq işlər çərçivəsində Bərdə–Tərtər magistral avtomobil yolu və Bayraq Meydanı kompleksi ərazisinin sel sularından qorunması təmin ediləcək. Bu layihənin dəyəri 3.975.405,84 AZN olaraq müəyyənləşdirilib.
Hər iki layihə üzrə nəzərdə tutulan ümumi ehtimal olunan məbləğ 7.021.591,18 AZN təşkil edir. Ayrılan vəsait çay ətraflarında torpaq bərkitmə işlərinə, mühafizə bəndlərinin və selə qarşı qoruyucu infrastrukturun qurulmasına yönəldiləcək.