🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Zelenski Putinlə birbaşa görüşməyə hazır olduğunu bəyan edib

Azərbaycan.media xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski ən həssas məsələləri müzakirə etmək üçün Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazırdır. Bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurasının onlayn iclası zamanı məlumat verib.
Nazirin sözlərinə görə, Zelenski xüsusilə ərazilər və Zaporojye Atom Elektrik Stansiyası (AES) ilə bağlı məsələləri Putinlə birbaşa müzakirə etməyə hazırdır.
“Zelenski Putinlə görüşməyə və ən həssas məsələləri müzakirə etməyə hazırdır. Xüsusən də ərazilər və Zaporojye AES-lə bağlı məsələləri. Lakin Kreml tərəfindən verilən ictimai reaksiyalar bir daha göstərdi ki, Putin təcavüzü dayandırmağa hazır deyil”, – deyə Andrey Sibiqa vurğulayıb.
O, həmçinin bildirib ki, hazırda Ukrayna və ABŞ növbəti üçtərəfli görüşə hazırlıq aparırlar və bu görüşün yaxın zamanda keçirilməsi planlaşdırılır.