Azərbaycan.media xəbər verir ki, Əbu-Dabidə keçirilən Rusiya–Ukrayna danışıqları rus dilində aparılıb. Bu barədə danışıqlarda iştirak edən Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QRU) rəhbəri İqor Kostyukov məlumat verib.
Onun sözlərinə görə, Ukrayna nümayəndə heyəti ilə bütün müzakirələr rus dili vasitəsilə həyata keçirilib.
Qeyd edək ki, danışıqlar ötən həftənin sonunda Əbu-Dabidə baş tutub. Görüşdə ABŞ nümayəndə heyəti də iştirak edib. Tərəflər arasında danışıqların növbəti raundunun fevralın 1-də keçirilməsi planlaşdırılır.
