Azərbaycan.media xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, aşağıdakı şəxslərə ali xüsusi rütbələr təqdim olunub:
“Gömrük xidməti general-polkovniki” ali xüsusi rütbəsi:
Şahin Soltan oğlu Bağırov – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri
“Gömrük xidməti general-mayoru” ali xüsusi rütbəsi:
Fuad Elxan oğlu Məmmədov – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini
Fuad Mikayıl oğlu Aslanov – Rəqəmsal İdarəetmə Baş İdarəsinin rəisi
Elmir Bahadur oğlu Ramazanov – Bakı Baş Gömrük İdarəsinin rəisi
Sərəncam Dövlət Gömrük Komitəsində xidmət edən yüksək vəzifəli şəxslərin fəaliyyətinə verilən dövlət qiymətinin göstəricisi kimi dəyərləndirilir.
