🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Lənkəran sahillərində Xəzərin altında qalmış nəhəng beton bünövrələr üzə çıxıb

Azərbaycan.media xəbər verir ki, Lənkəran sahillərində Xəzərin altında qalmış nəhəng beton bünövrələr üzə çıxıb istinadən Lənkəranda Xəzər dənizində üzə çıxan iri beton konstruksiyalar çay daşlarından istifadə olunmaqla inşa edilib. Mütəxəssislərin ehtimalına görə, bu tikililər vaxtilə sahilboyu ərazilərdə mövcud olmuş mühafizə sədlərinin bünövrələri olub.
Məlumata görə, 2000-ci illərə qədər dəniz səviyyəsinin yüksəlməsi nəticəsində həmin beton divarlar suyun altında qalıb.
Qeyd edilir ki, son illərdə Xəzər dənizinin səviyyəsinin geri çəkilməsi sahilboyu ərazilərdə müxtəlif tikililərin, bünövrələrin, eləcə də irigövdəli ağacların köklərinin yenidən üzə çıxmasına səbəb olub. Bu proses sahil zolağında təbii və tarixi landşaftın dəyişməsinə dair yeni müşahidələr üçün imkan yaradır.