🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Polşa naziri NATO ölkələrini 2030-cu ilə qədər hərbi xərcləri artırmağa çağırıb

Azərbaycan.media xəbər verir ki, Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış NATO üzvü ölkələri 2030-cu ilə qədər hərbi xərcləri ÜDM-in 5 %-inə çatdırmağa çağırıb.

Nazir bu barədə Polşada akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri ilə görüş zamanı çıxış edib.

Kosinyak-Kamış bildirib: “Hesab edirəm ki, biz 2035-ci ilə qədər gözləməməliyik, NATO ölkələri silahlanma xərclərini 2030-cu ilə 5 % səviyyəsinə çatdırmalıdırlar.”

Qeyd edək ki, NATO ölkələrinin liderləri 2025-ci ilin iyununda, Vaşinqtonun təşəbbüsü ilə Haaqada keçirilmiş sammitdə müdafiə xərclərinin 2035-ci ilə qədər ÜDM-in 5 %-inə qədər artırılmasına razılıq veriblər.