🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

ABŞ İrana qarşı preventiv hərbi əməliyyatı istisna etmir

Azərbaycan.media xəbər verir ki, ABŞ İrana qarşı preventiv xarakter daşıya biləcək hərbi əməliyyatın həyata keçirilməsini istisna etmir.

Bu barədə ABŞ-ın dövlət katibi və prezidentin milli təhlükəsizlik üzrə müşaviri Marko Rubio Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələr zamanı bildirib.

Rubio qeyd edib ki, belə bir addım potensial hücumun qabaqlanmasına xidmət edə bilər, lakin bunun mütləq baş verəcəyi demək deyil. O əlavə edib ki, ABŞ bu ssenarinin reallaşmamasına ümid edir.

Dövlət katibi vurğulayıb ki, Vaşinqton hazırda İrana yönəlik riskləri nəzərə alaraq Yaxın Şərqdə hərbi mövcudluğunu artırmağı planlaşdırır. Onun sözlərinə görə, regionda qüvvələr yerləşdirilməklə ABŞ şəxsi heyətini və obyektlərini mümkün İran təhdidlərindən qorumaq imkanını nümayiş etdirir.