🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Rumıniyada Qara dəniz sahilində təhlükə: dəniz minası aşkarlanıb

Azərbaycan.media xəbər verir ki, Rumıniyada Qara dəniz sahilində yerləşən çimərlik ərazisində dəniz minası tapılıb.

Hadisə Kapu-Midia hərbi poliqonunun yaxınlığında qeydə alınıb. Mina yanvarın 28-də sahil xəttində hərbçilər tərəfindən aşkarlanıb.

Bundan dərhal sonra əraziyə xüsusi təyinatlı mühəndis-istehkam bölmələri və təhlükəsizlik qüvvələri cəlb olunub. Təhlükəsizlik tədbirləri çərçivəsində ərazi mühasirəyə alınıb və mülki şəxslərin çimərlik zonasına girişinə müvəqqəti məhdudiyyət qoyulub.

Hazırda hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən təhlükəsizlik və zərərsizləşdirmə tədbirləri həyata keçirilir.