🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

ABŞ açıqladı: Ukraynaya Britaniya və Fransa hərbi kontingenti göndərilə bilər

Azərbaycan.media xəbər verir ki, Ukraynaya təqdim olunması müzakirə edilən təhlükəsizlik zəmanətləri Böyük Britaniya və Fransanın hərbi kontingentlərinin bu ölkəyə göndərilməsini nəzərdə tutur və onlara dəstək ABŞ Silahlı Qüvvələri tərəfindən veriləcək.

Bu barədə ABŞ Dövlət katibi Marko Rubio açıqlama verib.

Rubio bildirib ki, təhlükəsizlik zəmanətləri ilə bağlı artıq müəyyən razılaşmalar mövcuddur və bu istiqamətdə müzakirələr davam edir.

Onun sözlərinə görə, nəzərdə tutulan mexanizm çərçivəsində Avropa ölkələrinin hərbi iştirakı və ABŞ-ın dəstək funksiyası xüsusi rol oynayacaq.