Azərbaycan.media xəbər verir ki, Yekaterinburqda azərbaycanlıların saxlanılması əməliyyatında iştirak edən Rusiya Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (MCMİ) əməkdaşları mükafatlandırılıb.
Axar.az Unikal.az-a istinadən bildirir ki, təltifetmə mərasimi Rusiya DİN-in Sverdlovsk vilayəti üzrə Baş İdarəsinin geniş kollegiya iclası zamanı keçirilib.
Tədbirdə Prezidentin Ural Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Artyom Joqa, Sverdlovsk Polis İdarəsinin rəisi Aleksandr Meşkov, vilayətin baş prokuroru Boris Krılov və digər yüksək vəzifəli şəxslər iştirak ediblər.
Xatırladaq ki, ötən il Rusiyanın Yekaterinburq şəhərində təhlükəsizlik qüvvələri tərəfindən 50 azərbaycanlı saxlanılıb. Hadisə zamanı Ziyəddin və Hüseyn Səfərov qardaşları, eləcə də onların əmisi oğlu Kamal Qədiməli oğlu Səfərov həyatını itirib.
