🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Vəkil adından qanunsuz istifadə edənlər inzibati məsuliyyətə cəlb olunacaq – Kollegiyadan rəsmi xəbərdarlıq

Azərbaycan.media xəbər verir ki, Vəkillər Kollegiyası “vəkil” adından qanunsuz istifadə edən şəxslərlə bağlı rəsmi xəbərdarlıq yayıb.

Kolleqiyanın Mətbuat xidmətindən verilən məlumata görə, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna əsasən, Vəkillər Kollegiyasının üzvü olmayan şəxslərin özünə münasibətdə və ya təşkilatının adında “vəkil” sözündən, bu sözün istifadə edildiyi ifadələrdən, eləcə də onların başqa dillərə tərcüməsindən istifadə etməsi qadağandır.

Bildirilib ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 399-cu maddəsinə 30 dekabr 2025-ci il tarixində edilmiş dəyişikliklərə əsasən, Vəkillər Kollegiyasının üzvü olmayan şəxslərin gəlir əldə etmək məqsədilə “vəkil” sözündən istifadə etməsi inzibati məsuliyyət yaradır.

Qanunvericiliyə görə, bu hal baş verdiyi təqdirdə:

fiziki şəxslər 200 manatdan 300 manatadək,

vəzifəli şəxslər isə 600 manatdan 800 manatadək məbləğdə cərimə ediləcək.

Diqqətə çatdırılıb ki, “vəkil” adından yalnız qanunla müəyyən edilmiş qaydada vəkil statusu əldə etmiş və Vəkillər Kollegiyasının üzvü olan şəxslər istifadə edə bilərlər.

Vəkillər Kollegiyası vətəndaşları bu cür qanunazidd hallarla qarşılaşdıqları zaman müvafiq hüquq-mühafizə orqanlarına müraciət etməyə çağırıb.