Azərbaycan.media xəbər verir ki, Neftçala rayonunda hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən xüsusi əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək dövriyyədən çıxarılıb.
Əməliyyat zamanı ümumilikdə 20 kiloqram narkotik vasitə ələ keçirilib. İlkin məlumata görə, narkotiklərin qanunsuz dövriyyəyə buraxılması və satış məqsədilə daşınması planlaşdırılıb.
Faktla bağlı müvafiq maddələr üzrə cinayət işi başlanılıb, hadisədə şübhəli bilinən şəxslərin müəyyən edilməsi və saxlanılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Hüquq-mühafizə orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin ölkə üzrə davamlı və sistemli şəkildə aparıldığını bildirir.
Azərbaycan.media
Oxundu: 41
