Azərbaycan.media xəbər verir ki, Gürcüstanda azərbaycanlı gənc yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.
Hadisə dünən Qardabani rayonunda baş verib.
18 yaşlı Aydə Qurbanova avtomobil qəzası nəticəsində həyatını itirib.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
