🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Alişa Lemann İngiltərəyə qayıtdı: futbolçu “Lester Siti” ilə 2028-ci ilədək müqavilə imzaladı

Azərbaycan.media xəbər verir ki, dünyanın ən seksual futbolçusu kimi tanınan Alişa Lemann İngiltərəyə qayıdaraq “Lester Siti” klubu ilə müqavilə imzalayıb.

Klubun mətbuat xidməti 27 yaşlı hücumçu ilə bağlanan müqaviləni rəsmi şəkildə açıqlayıb. Müqavilənin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Lemann “Lester”in rəsmi saytına açıqlamasında bildirib:
“Bu möhtəşəmdir, sanki evə qayıtmışam və həqiqətən xoşbəxtəm. “Lester” fantastik klubdur. Məşq meydançasını, stadionu gördüm. Onlar qadın futbolunu irəli aparmaq istəyirlər.”

Qeyd edək ki, Alişa Lemann 2021-ci ildən İngiltərənin “Aston Villa” klubunda çıxış edib. 2024-cü ilin yayından etibarən isə İtaliyada “Yuventus” və “Komo” klublarının formasını geyinib.