🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Qızılın qiyməti 5 200 dolları keçdi: Əsas səbəb tələbatın kəskin artımıdır

Azərbaycan.media xəbər verir ki, qızılın bir unsiyasının qiymətinin 5 200 dollardan yuxarı qalxmasının əsas səbəblərindən biri qiymətli metala olan tələbatın kəskin artmasıdır.

Bu barədə rusiyalı iqtisadçı Mixail Xazin danışıb. Onun sözlərinə görə, proses ABŞ maliyyə elitasının xəzinə istiqrazlarını qızılla əvəzləmə planları fonunda baş verir.

Xazin qeyd edib ki, bu addım zəruridir, çünki xəzinə istiqrazlarından əldə edilən gəlir artıq mövcud inflyasiyanı kompensasiya etmir. Nəticədə iri institusional oyunçular likvidliyi qorumaq üçün yeni alətlərə üz tutmaq məcburiyyətində qalıblar.

Ekspert vurğulayıb ki, qızıla yüksək tələbatın saxlanılması məqsədyönlüdür: nisbətən az miqdarda qızıl bütün yığılmış xəzinə öhdəliklərini kompensasiya edə bilir və məhz buna görə də qiyməti süni şəkildə yüksəldilir.

Xazin yekun olaraq bildirib: “Qızıla tələbat yüksək olaraq qalır. O, illər ərzində yığılan nəhəng dollar kütləsini kompensasiya edərək istiqrazları əvəz etməlidir”.

Qeyd edək ki, fevral ayına nəzərdə tutulmuş qızıl fyuçersləri “Comex” birjasında tarixi zirvəyə çataraq bir troya unsiyası üçün 5 270 dolları ötüb.