Azərbaycan.media xəbər verir ki, Əməkdar artist Dilarə Əliyeva Nazim Qasımzadənin müəllifi olduğu “Uzun sözün qısası” podkastına müsahibəsində mərhum həyat yoldaşı Oktay Əliyevlə bağlı duyğusal fikirlərini bölüşüb.
Aktrisa bildirib ki, Oktay Əliyevin xatirəsini yaşatmaq və onun arzularına layiq olmaq üçün bu gün daha çox çalışmağa çalışır:
“Oktay mənim danışmağımı, gülməyimi, zarafatlarımı, geyimimi, bəzənməyimi sevirdi. İnsanın bütün bunları anlaması üçün müəyyən zaman lazımdır. Bundan başqa artıq mənim əlimdən bir şey gəlmir. Amma mən bundan sonra Oktayın hər zaman görmək istədiyi Dilarə olacağam. O, məni necə tanıyıbsa, elə də yoluma davam edəcəyəm. Bununla da Oktayın ruhunu daha çox şad edəcəyəm.”
Dilarə Əliyeva vurğulayıb ki, hazırkı həyat və yaradıcılıq mərhələsində daha fəal və məqsədli şəkildə çalışır:
“Oktay bugünkü Dilarə ilə daha çox fəxr edərdi. Çünki mən bunun üçün indi daha çox işlər görürəm. Bu an əlimdən gələn nədirsə, onu edirəm.”
Aktrisanın bu fikirləri sosial şəbəkələrdə də geniş rezonans doğurub və izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
