Azərbaycan.media xəbər verir ki, Şimali və Qərbi Avropanın 14 ölkəsi Baltik dənizinin “kölgə donanma”sı üçün bağlanmasını nəzərdə tutan birgə bəyanat imzalayıb. Bu barədə “Kommersant” nəşri məlumat yayıb.
Bəyanatda qeyd olunur ki, bayraqlarını dəyişdirən, avtomatik identifikasiya transponderlərini söndürən və ya müvafiq sənədləşmə olmadan üzən bütün gəmilər saxlanılacaq.
Məlumata görə, sənədi Danimarka, Norveç, İsveç, Finlandiya, İslandiya, Estoniya, Latviya, Litva, Fransa, Böyük Britaniya, Almaniya, Polşa, Belçika və Niderland imzalayıb.
Birgə bəyanatın məqsədinin Baltik dənizində nəzarəti gücləndirmək, qeyri-qanuni dəniz daşımalarının qarşısını almaq və təhlükəsizlik risklərini minimuma endirmək olduğu vurğulanır.
Oxundu: 25
