🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Gürcüstanda Nipah virusu ilə bağlı təhlükə yoxdur – rəsmi açıqlama

Azərbaycan.media xəbər verir ki, Gürcüstanda aparılan yoxlamaların nəticələrinə əsasən ölkə ərazisində Nipah virusu aşkarlanmayıb. Bu barədə Gürcüstanın İaşvili adına Mərkəzi Uşaq Xəstəxanasının tibbi direktoru, professor İvane Çxaidze məlumat verib.

Professor bildirib ki, Hindistanda yayılmış ölümcül virusun Gürcüstan üçün real təhlükəyə çevriləcəyinə əsas yoxdur. Onun sözlərinə görə, Nipah virusunun əsas rezervuarı ətyeyən yarasalardır və bu yarasa növünə Gürcüstanda rast gəlinmir.

“Yarasaların digər növləri ilə bağlı aparılan araşdırmalar zamanı da onlarda Nipah virusu aşkarlanmayıb”, – deyə Çxaidze vurğulayıb.

Direktor əlavə edib ki, mövcud vəziyyət nəzərə alınaraq Gürcüstanın və ya digər ölkələrin Hindistandan gələn sərnişinlər üzərində xüsusi nəzarət mexanizmləri tətbiq etməsinə ehtiyac yoxdur.

Rəsmi açıqlamada bildirilib ki, epidemioloji risk səviyyəsi aşağı qiymətləndirilir və hazırda əlavə məhdudlaşdırıcı tədbirlərin görülməsi planlaşdırılmır.