Babək prospektində hərəkət tam məhdudlaşdırıldı – sürücülərə alternativ marşrut təklif olundu
Azərbaycan.media xəbər verir ki, tikinti işləri ilə əlaqədar olaraq bu gündən Babək prospektindən Xəqani Rüstəmov küçəsinədək olan hissədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Məlumata görə, hərəkətə tətbiq olunan məhdudiyyət tikinti işləri başa çatanadək qüvvədə olacaq.
Sürücülərə alternativ marşrut kimi Süleyman Vəzirov küçəsindən istifadə etmək tövsiyə olunur. Agentlik yol hərəkəti iştirakçılarını müvəqqəti dəyişiklikləri nəzərə almağa və hərəkət zamanı diqqətli olmağa çağırıb.
Oxundu: 18
