🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Türkiyəli aktrisa Çağla Boz narkotik qalmaqalında – analizlər istifadəsini təsdiqlədi

Azərbaycan.media xəbər verir ki, Türkiyəli aktrisa Çağla Bozun qan analizlərinin nəticələri onun narkotik vasitələrdən istifadə etdiyini təsdiqləyib.

Hüquq-mühafizə orqanları tərəfindən Bozun evində aparılan axtarış zamanı 11 ədəd sintetik narkotik həb aşkarlanıb.

Məlumata əsasən, İstanbul Baş Prokurorluğu tərəfindən məşhurları hədəf alan genişmiqyaslı narkotik istintaqı davam etdirilir və bu iş üzrə bir sıra tanınmış şəxslərin də araşdırmaya cəlb olunduğu bildirilir.

Qeyd edək ki, 29 iyun 1999-cu ildə anadan olan Çağla Boz karyerasına moda dünyasında başlayıb. O, daha sonra aktyorluğa keçərək “Kör Nokta” serialında Gece obrazı ilə tanınıb.