🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Avropada yeraltı qaz anbarlarının doluluğu 45%-dən aşağı düşüb

Azərbaycan.media xəbər verir ki, Avropanın yeraltı qaz anbarlarında ehtiyatların həcmi 45%-dən aşağı düşüb.

Bu barədə Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasının (Gas Infrastructure Europe) məlumatlarında bildirilib. Yanvarın 25-nə anbarlardan çıxarılan qazın həcmi təxminən 692 milyon kubmetr olub, hazırda anbarlarda qalan qazın həcmi isə 50 milyard kubmetrdən azdır.

Soyuq hava şəraitində Avropada yanvar ayında qazın orta alış qiyməti hər 1 000 kubmetr üçün 398 dollar təşkil edib. Dekabr ayında bu rəqəm 334 dollar olub. Qiymətlər 2025-ci ilin yazından bəri ən yüksək səviyyəyə qalxıb.

Qeyd olunur ki, anbarlardan qaz çıxarılmasının son mövsümü 2025-ci il martın 28-də başa çatıb və həmin vaxt doluluq səviyyəsi 33,57% olub. Hazırda bu göstərici 44,95%-dir, halbuki bir il əvvəl anbarların doluluq səviyyəsi 56,2% təşkil edirdi.

2025-ci il oktyabrın 13-də istilik mövsümünün başlamasından indiyədək Aİ ölkələri anbarlardan təxminən 47 milyard kubmetr qaz çıxarıblar.