🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Rusiya məhkəməsi Yuliya Timoşenko barəsində qiyabi həbs qərarı çıxarıb

Azərbaycan.media xəbər verir ki, Rusiya məhkəməsi Ukraynanın sabiq Baş naziri Yuliya Timoşenko barəsində qiyabi həbs qərarı çıxarıb.

Bu barədə Rusiya Baş Prokurorluğu məlumat yayıb. Bildirilir ki, Timoşenko “Rusiya ordusu haqqında saxta xəbərlərlə bağlı iş” üzrə qiyabi həbs olunub və eyni zamanda beynəlxalq axtarışa verilib.

Qeyd edilir ki, qərar onun Rusiyaya gəlmədiyi halda qəbul edilib və hüquq-mühafizə orqanları tərəfindən icra olunacaq.