Azərbaycan.media xəbər verir ki, Bakıda sərnişin avtobusunda ölüm faktı qeydə alınıb.
Hadisə yanvarın 26-da Yasamal rayonunda, 53 saylı xətt avtobusunda baş verib. İlkin məlumatlara görə, Bakı şəhər sakini, 1957-ci il təvəllüdlü Məhəddin Aydəmirov avtobusda olarkən infarkt keçirərək həyatını itirib.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, Məhyəddin Aydəmirov ixtisasca uşaq cərrahı olub və uzun illər Sumqayıt Uşaq Xəstəxanasında çalışaraq yüzlərlə uşağın sağlamlığı naminə xidmət göstərib. Onun vəfatı tibb ictimaiyyətində dərin təəssüf hissi ilə qarşılanıb.
