Azərbaycan.media xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin müddətinin uzadılmasını nəzərdə tutan qanunları imzalayıb.
Məlumata görə, müvafiq qərara əsasən, hərbi vəziyyət və səfərbərlik 3 fevral tarixindən etibarən 90 gün müddətinə, yəni 2026-cı il mayın 4-dək uzadılacaq.
Ukrayna Ali Radasının rəsmi saytında dərc olunan məlumata əsasən, sözügedən qanunlar yanvarın 14-də parlament tərəfindən qəbul edilib və dövlət başçısının imzası ilə qüvvəyə minib.
Qeyd edək ki, bu qərar ölkədə davam edən hərbi-siyasi vəziyyət fonunda təhlükəsizlik tədbirlərinin davam etdirilməsi məqsədi daşıyır.
Oxundu: 28
