(Pritça)
Dava böyük amallar uğrunda bütün varlığından keçməkdir. Dava ruhun oyanışıdır. İnsan çox vaxt yadla yox, dopdoğma birisi ilə dava edir. Bəzən ən keçilməz insanla dava etməklə, ona daha yaxşısını yaşatmağa çalışırsan. Həmin davalar sənə doğma olanı ən doğru səmtə aparır.
Yadların demədiyini, doğman deyir. İncisən də, küssən də sənə doğru olanları o davalar içində sənin doğman deyir. Yad deyir nəyimə lazım? Niyə özümü pis edim? Doğman isə deyir, özümü öldürəcəm, ancaq imkan verməyəcəm sən səhv edəsən!!! Dava həm də bütün yalanları məhv edib, doğruları söyləməkdir. Dava doğmanın səni sənə qaytarmasıdır.
Yenə də dava? Bu qədər gözəllikdən sonra biz niyə dalaşırıq?
Müəllif: Səbinə Yusif
Mənbə: Azərbaycan.media
