Azərbaycan.media xəbər verir ki, Polşadan Ukraynanın paytaxtı Kiyevə 130 ədəd müxtəlif gücə malik generator çatdırılıb. Bu barədə Kiyev meri Vitali Kliçko “Telegram” kanalında məlumat yayıb.
Merin sözlərinə görə, gətirilən generatorlar ölkədə və xüsusilə paytaxt Kiyevdə yaşanan enerji böhranı fonunda şəhərin kritik obyektlərinin və sosial müəssisələrinin fasiləsiz fəaliyyətinin təmin olunmasına mühüm töhfə verəcək.
Vitali Kliçko bildirib ki, generatorların alınması üçün tələb olunan vəsait Polşalı könüllülər tərəfindən toplanıb. Onun açıqlamasına əsasən, cəmi 10 gün ərzində 60 min Polşa vətəndaşı ümumilikdə 80 milyon zlotı (təxminən 2 milyon avro) məbləğində ianə edib.
Qeyd olunub ki, bu yardım humanitar dəstək çərçivəsində həyata keçirilib və Kiyevin enerji təhlükəsizliyinin gücləndirilməsinə yönəlib.
