Azərbaycan.media xəbər verir ki, Rusiya-ABŞ-Ukrayna üçtərəfli işçi qrupunun fəaliyyətinin bu həftə ərzində ekspert səviyyəsində davam etdirilməsi gözlənilir. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.
Onun sözlərinə görə, proses çərçivəsində tərəflər arasında texniki və məsləhətçi səviyyədə təmaslar davam edəcək:
“Biz ekspert səviyyəsində işin davam edəcəyini gözləyirik. Bu, bir həftə ərzində baş tutacaq”, – deyə Peskov bildirib.
Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə keçirilən üçtərəfli görüş Əbu-Dabidə 23–24 yanvar tarixlərində baş tutmuşdu. Görüş regional təhlükəsizlik və diplomatik mexanizmlərlə bağlı məsələlərin müzakirəsinə həsr olunmuşdu.
Oxundu: 24
