🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Qəzza zolağında son girovun cəsədi tapıldı – Tramp açıqlama verdi

Azərbaycan.media xəbər verir ki, Qəzza zolağında saxlanılan sonuncu girovun cəsədinin tapıldığı açıqlanıb. Bu barədə ABŞ Prezidenti Donald Tramp “TruthSocial” sosial media platformasında paylaşım edib.

Ağ Ev rəhbəri paylaşımında bildirib:

“Beləliklə, 20 girovun hamısını geri qaytardıq! Möhtəşəm iş! Çoxları bunun qeyri-mümkün olduğunu düşünürdü. Möhtəşəm çempion komandamı təbrik edirəm!”

Qeyd edək ki, bir neçə saat əvvəl İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza zolağında əsirlikdə saxlanılan sonuncu israilli girov – mayor J. Ran Qvilinin cəsədinin şəxsiyyətinin müəyyən edildiyini və dəfn olunmaq üçün İsrailə qaytarıldığını rəsmi şəkildə açıqlamışdı.

Məlumata görə, proses beynəlxalq vasitəçilərin iştirakı ilə həyata keçirilib və əməliyyat humanitar çərçivədə icra olunub. Hadisə bölgədə davam edən münaqişə fonunda geniş rezonans doğurub.