🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Kamçatka sahillərində orta güclü zəlzələ baş verib

Azərbaycan.media xəbər verir ki, Kamçatka sahillərində 5,6 bal gücündə zəlzələ qeydə alınıb. Məlumat Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialının “Telegram” kanalına istinadən yayılıb.

Bildirilib ki, yeraltı təkanların episentri Petropavlovsk-Kamçatski şəhərindən 364 kilometr məsafədə, 23,3 kilometr dərinlikdə yerləşib.

Hazırda zəlzələnin hiss olunması və hər hansı dağıntı və ya tələfat barədə məlumat yoxdur. Yerli qurumlar vəziyyətin nəzarətdə olduğunu açıqlayıb.

Məkan: Kamçatka yarımadası (Rusiya)
Şəhər: Petropavlovsk-Kamçatski