Azərbaycan.media xəbər verir ki, Bakının bir sıra əsas yol və prospektlərində nəqliyyatın sıxlığı müşahidə olunur.
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda sıxlıq müşahidə olunan ərazilər bunlardır:
-
Bakı–Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;
-
Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
-
Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
-
Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
-
Niyazi küçəsi, “Azneft” dairəsi istiqamətində;
-
Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
-
Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;
-
Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
-
Koroğlu Rəhimov küçəsi, akademik Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
-
Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
-
Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
-
Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;
-
Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;
-
Fətəli xan Xoyski prospekti, “Gənclik” metro stansiyasının qarşısından Həsənoğlu küçəsi istiqamətində;
-
Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
-
8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində;
-
Kənar Dairəvi yol, Yeni Yasamal istiqamətində.
NİİM sürücülərə alternativ marşrutlardan istifadə etməyi, yol hərəkəti qaydalarına riayət etməyi və təhlükəsizlik tədbirlərinə ciddi əməl etməyi tövsiyə edir.
