Azərbaycan.media xəbər verir ki, yanvarın 27-də bəzi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 300–800 metrədək məhdudlaşacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yolların buz bağlaması ehtimal olunur. Sürücülərə ehtiyatlı olmaları, sürət həddinə riayət etmələri və təhlükəsizlik qaydalarına ciddi əməl etmələri tövsiyə edilir.
