Azərbaycan.media xəbər verir ki, Prezident İlham Əliyev “Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”yə dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Fərmana əsasən, kənd təsərrüfatı nazirinin müavinlərinin sayı 3-dən 4-ə artırılıb.
Qeyd edək ki, hazırda kənd təsərrüfatı naziri Məcnun Məmmədovun müavinləri Elçin Zeynalov, Sarvan Cəfərov və İlhamə Qədirovadır. Yeni dəyişikliklə bu heyətə daha bir müavin əlavə olunacaq.
Oxundu: 28
