Azərbaycan.media xəbər verir ki, Qəzza zolağında saxlanılan sonuncu israilli girov, mayor Ran Qvilinin cəsədinin şəxsiyyəti müəyyən edilərək dəfn üçün İsrailə qaytarılıb.
Məlumata görə, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü məlumat verib. “İsrail Müdafiə Qüvvələrinin rəsmiləri Ran Qvilinin ailəsinə onun şəxsiyyətinin müəyyən edildiyi və dəfn olunmaq üçün geri qaytarılacağı barədə məlumat veriblər”, – deyə açıqlamada bildirilib.
Qeyd edilir ki, 24 yaşlı mayor Ran Qvili İsrail polisinin xüsusi təyinatlı dəstəsində xidmət edirdi və 2023-cü il oktyabrın 7-də döyüş zamanı öldürülüb. Onun cəsədi qaçırılaraq Qəzza zolağında saxlanılmışdı.
