🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakıda yük avtomobilinin təkərləri hərəkət zamanı yerindən çıxıb

Azərbaycan.media xəbər verir ki, Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində, “Koroğlu” metro stansiyasının yaxınlığında hərəkətdə olan yük avtomobilinin təkərləri yerindən çıxıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, bu hadisədən hər bir sürücü nəticə çıxarmalıdır. “Sürücülər bilməlidirlər ki, hərəkətə başlamazdan əvvəl nəqliyyat vasitəsinin texniki sazlığı yoxlanılmalı və yaranmış problem həll edilməlidir. Əks təqdirdə qəzaların baş verməsi qaçılmaz olacaq”, – deyə məlumatda vurğulanıb.